...

Qazaxda qanunsuz cəbbəxana aşkar edilib

Hadisə Materials 6 Avqust 2014 12:18 (UTC +04:00)
Qazax rayonunun Ağköynək kəndinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.
Qazaxda qanunsuz cəbbəxana aşkar edilib

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlkin İzzət/

Qazax rayonunun Ağköynək kəndinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ağköynək kəndinin ərazisindən 1 ədəd "TOZ 63" markalı, 1 ədəd nömrəsiz "TOZ-8" markalı, 1 ədəd lüləsi və qundağı kəsilmiş, 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli tüfənglər, 11 ədəd alışdırıcısız qumbara, 6 ədəd qumbara alışdırıcısı, 1 ədəd mərmi və 48 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti