Azərbaycan, Bakı, 13 avqust /Trend/
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Astara rayonunda dənizdə batma təhükəsi ilə üzləşmiş 2 nəfər Nazirliyinin "Astara" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 17:15-də başa çatıb.