Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/
Şəki penitensiar müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsində saxlanılan şəxs İbrahim Süleyman oğlu Uğruyevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Zaqatala rayonu, Danaçı kənd sakini vətəndaş Nərminə Şaban qızı Uğruyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş daxilində "Sim" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, İbrahim Uğruyev Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.