...

Lənkəranda "Kamaz" aşıb, sürücü xəsarət alıb

Hadisə Materials 9 Sentyabr 2014 20:18 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonu, Boladı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Lənkəranda "Kamaz" aşıb, sürücü xəsarət alıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Lənkəranda "Kamaz" markalı yük avtomobili aşıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonu, Boladı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobili yol kənarına aşıb və sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Xilasedicilər, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti