...

Rusiya vətəndaşı Bakıda yol qəzasında ölüb

Hadisə Materials 13 Sentyabr 2014 13:10 (UTC +04:00)
Bakının Yasamal rayonundakı Yeni dairəvi yolda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Rusiya vətəndaşı Bakıda yol qəzasında ölüb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakının Yasamal rayonundakı Yeni dairəvi yolda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 12-də saat 23 radələrində Yasamal rayonu Yeni dairəvi yolda Bakı şəhər sakini Elnur Məmmədov idarə etdiyi "Ford" markalı avtomobili yolayrıcına vurub.

E.Məmmədovun sərnişinlərindən olan Rusiya Federasiyasının vətəndaşı Kurjan Açmazova hadisə yerində ölüb, özünə və digər 3 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdlrma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti