...

Bakıda avtomobil vurması nəticəsində 2 piyada ölüb

Hadisə Materials 20 Sentyabr 2014 10:40 (UTC +04:00)
Sentyabrın 19-da Bakıda avtomobil vurması nəticəsində 2 piyada ölüb.
Bakıda avtomobil vurması nəticəsində 2 piyada ölüb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sentyabrın 19-da Bakıda avtomobil vurması nəticəsində 2 piyada ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-u saat 23:45 radələrində Sabunçu rayonu, Şəhər şossesində 1959-cu il təvəllüdlü Ələmdar Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobillə 1969-cu il təvəllüdlü Orduxan Lətifovu vurub. O.Lətifov aldığı xəsarətdən hadisə yerində ölüb.

Təxmin eyni vaxtda, saat 23:50 radələrində Yeni Suraxanı qəsəbəsində 1966-cı il təvəllüdlü Malik Dadaşov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1960-cı il təvəllüdlü Bəxtiyar Muradovu vurub. Nəticədə yaralı xəsarətlərlə daxil olduğu xəstəxanada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti