Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakının Xətai rayonunda üç avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 25-də saat 20 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakinləri Anar Naibovun idarə etdiyi "Opel", Rüfət Salmanovun idarə etdiyi "QAZel" və Şahin Nərimanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.
"VAZ"ın sürücüsü Ş.Nərimanov və sərnişini - Bakı şəhər sakini Samirə Bayramova hadisə yerində ölüb, "Opel"in sürücüsü A.Naibov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.