...

Bakıda istintaq təcridxanasına gətirilən kətənin içindən nələr çıxdı?

Hadisə Materials 29 Sentyabr 2014 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıdakı 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Elbrus Gülbala oğlu Cavadova tanışı, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 18, mənzil 33 ünvanında yaşayan vətəndaş Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış keçirilibş Baxış zamanı "OZMO" kətəsinin içərisində sellofan paketlərə bükülərək gizlədilmiş xalis çəkisi 3,761 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0,840 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0,73 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Elbrus Cavadov Cinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti