...

FHN toy karvanında baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 29 Sentyabr 2014 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlkin İzzət/

Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllı rayonunda toy karvanında baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonunun Qubaxəlilli kəndində (rayon mərkəzindən 33 km aralı) yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "Mitsubishi" markalı minik avtomobilinin sürücüsü Firudin Ələsgər oğlu Əsgərov, 1 nəfər sərnişini və "Mercedes" markalı minik avtomobilində olan 2 nəfər qəza nəticəsində hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə qəza nəticəsində deformasiyaya uğramış minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti