...

İranda 4 polis öldürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 Oktyabr 2014 14:33 (UTC +04:00)
Dünən günün ikinci yarısında və bu gecə İranın Sistan və Bəluçistan əyalətində silahlı qruplaşmalar polisə qarşı iki hücum təşkil ediblər.
İranda 4 polis öldürülüb (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 12:02-də yayılıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Dünən günün ikinci yarısında və bu gecə İranın Sistan və Bəluçistan əyalətində silahlı qruplaşmalar polisə qarşı iki hücum təşkil ediblər.

Trend-in İranın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, ötən gün günortadan sonra silahlı qruplaşma üzvləri əyalətin Saravan şəhərində polisin "110" - zəng xidmətinə zəng edərək, onlara yalandan "hadisə" ilə bağlı məlumat veriblər. Daha sonra pusqu quraraq polisə silahlı hücum təşkil ediblər. Atışma nəticəsində 3 polis nəfəri öldürülüb.

Silahlı qruplaşma üzvlərinin hadisə yerindən qaçdığı bildirilir.

Məlumata əsasən, bu gecə də Saravan şəhərində polis postuna hücum olunub və hücum nəticəsində daha bir polis nəfəri öldürülüb.

Hadisələrlə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İran parlamentinin Saravan şəhərindən olan nümayəndəsi Hidayətullah Mirmuradzehi deyib ki, silahlı qruplaşma bu gün səhər yerli vaxtla saat 7:15-də Saravan şəhər polis postunda bomba quraşdırılmış avtomobil partladıb və partlayış nəticəsində 5 polis nəfəri yaralanıb.

İSNA agentliyinin məlumatına görə, silahlı qruplaşmanın hücumları ilə bağlı Sistan və Bəluçistan əyaləti başçısının sədrliyi ilə fövqəladə iclas təşkil olunub.

Hazırda hücum əməliyyatlarını həyata keçirən qruplaşmanın üzvlərinin saxlanılması istiqamətində işlər gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti