...

Moskvanı yanıq iyi bürüyüb, şəhərin şərqində görüntü sıfıra yaxındır

Hadisə Materials 12 Oktyabr 2014 16:37 (UTC +04:00)
Moskva və Moskva vilayətinin şərqində bazar günü kəskin yanıq iyi aydın hiss olunur.
Moskvanı yanıq iyi bürüyüb, şəhərin şərqində görüntü sıfıra yaxındır

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Moskva və Moskva vilayətinin şərqində bazar günü kəskin yanıq iyi aydın hiss olunur. Nəfəs almaq çətindir, Novokosino rayonunda, həmçinin Moskva ətrafı Reutovo və Balaşixa rayonlarında görüntü sıfıra yaxındır. Trend İnterfaks agentliyinə istinadən bu barədə xəbər verir.

Əvvəllər Mosekomonitorinqin mətbuat xidmətinə istinadən bildirilib ki, yaxın vaxtlarda Moskvanın havasında çirkləndirici maddələrin konsentrasiyasının azalması gözlənilir, amma yanıq iyisi qalacaq.

Yanıq iyi cümə günü paytaxt regionunda hiss olunmağa başlayıb. Vaxtaşırı o, şənbə günü əmələ gəlib və bazar günü də bəzi yerlərdə saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti