...

Bakıda 13 yaşlı uşaq və 70-75 yaşlı qoca avtomobillə vurularaq ölüblər

Hadisə Materials 15 Oktyabr 2014 10:01 (UTC +04:00)
Bakıda iki piyada ölüb. Onlardan biri 13 yaşlı uşaq, digəri isə 70-75 yaşlı qocadır.
Bakıda 13 yaşlı uşaq və 70-75 yaşlı qoca avtomobillə vurularaq ölüblər

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda iki piyada ölüb. Onlardan biri 13 yaşlı uşaq, digəri isə 70-75 yaşlı qocadır.

Sabunçu rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-ü saat 22:00 radələrində Maştağa-Çiləgər yolunda naməlum şəxs idarə etdiyi avtomobillə piyada, 2001-ci il təvəllüdlü Əhmədli Məhərrəm Cəfər oğlunu vurub. 13 yaşlı M.Əhmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də saat 13:40-da Yasamal rayonu Zərdabi prospekti, 87 saylı ünvanın qarşısında 1967-ci təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi "Mercedes" markalı "90-GO-582" dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 70-75 yaşlı piyada kişini vurub. Naməlum piyada 4 saylı təcili tibbi yardım stansiyasının həkim briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, kişi aldığı ciddi xəsarətlərdən dünyasını dəyişib.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti