...

Rusiyada axtarışda olan daha 5 azərbaycanlı tutulub

Hadisə Materials 15 Oktyabr 2014 13:22 (UTC +04:00)
Azərbaycanda Rusiyada barələrində müxtəlif cinayətlərin törədilməsinə görə axtarış elan edilmiş 5 nəfər azərbaycanlı tutulub.
Rusiyada axtarışda olan daha 5 azərbaycanlı tutulub

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda Rusiyada barələrində müxtəlif cinayətlərin törədilməsinə görə axtarış elan edilmiş 5 nəfər azərbaycanlı tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olanlar - İlqar Əmirov və Famil Qurbanov, 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olanlar - Vüqar Məmmədov və Cəbrayıl Fərzəliyev tutulublar.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Sənan Məmmədov tutulub.

Qeyd edək ki, dünən DİN tərəfindən yayılan məlumatlarda Rusiyada Federasiyasında axtarışda olan 6 nəfər azərbaycanlının tutulduğu, 2-sinin isə saxlanıldığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti