Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/
Ağdaşda toy mərasimində qətl törətmiş Rusiya vətəndaşı könüllü olaraq təslim olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdaşda qətl törətmiş Rusiya Federasiyası vətəndaşı Ərəstun Əşrəfli könüllü olaraq rayon prokurorluğuna gələrək təslim olmuşdur.
Qeyd edək ki, Ə.Əşrəfli oktyabrın 20-də Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində keçirilən toy məclisində kənd sakini İsgəndər Umarovu bıçaqla qətlə yetirib, daha sonra isə hadisə yerini tərk edib.