Azərbaycan, Bakı, 4 noyabr /Trend/
"BMW" markalı avtomobildən külli miqdarda pul götürən şəxs qadın imiş.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 8-də, saat 01:30 radələrində Baksol yolunda yerləşən moteldə, Bakı şəhər sakini Vasif Nəsibovun cibindən 150 manat və ona məxsus "BMW" markalı avtomobildən 6000 manat nağd pulu gizli yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1994-cü il təvəlüdlü Fəridə Mirzəyeva tutulub.
“BMW”dən külli miqdarda pul götürən şəxs qadın imiş
“BMW” markalı avtomobildən külli miqdarda pul götürən şəxs qadın imiş.
