...

Avtovağzalda sərnişin avtobusunu saxladılar (FOTO)

Hadisə Materials 7 Noyabr 2014 12:19 (UTC +04:00)
Azərbaycan gömrükçüləri qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Avtovağzalda sərnişin avtobusunu saxladılar (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycana gələn Türkiyə Respublikası vətəndaşı Kotil Reşat Ahmet oğlunun idarə etdiyi "DAF" markalı 34YA0678/0569 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsindən yük müşayiət sənədlərində göstərilməyən müxtəlif adda 818 ədəd məişət avadanlıqları, bəzək əşyaları, uşaq oyuncaqları və telefon aksesuarları aşkar edilib.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Musayev Azad Dursun oğlunun idarə etdiyi "Mercedes-Benz C457" markalı, 10JV643 dövlət nömrə nişanlı sərnişin avtobusu Tovuz şəhər avtovağzalı ərazisində saxlanılıb. Nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük baxışı həyata keçirilib, avtomobilin yük yerindən 9 ədəd müxtəlif ölçülü karton qutulardan üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan xaricdə istehsal olunmuş, ümumilikdə 7 adda 8190 qutu siqaretlər aşkar edilərək götürülüb.

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında isə Azərbaycan Respublikası vətəndaşı Həsənov Ravil Telman oğlunun idarə etdiyi "QAZ-2752" markalı, 57-BL-982 nömrə nişanlı yük avtomobilinin kapotunun altında və arxa yük yerinin taxta döşəməsinin altından 570 qutu petarda tipli pirotexniki məmulatlar və 4 iri qutu fişənglər aşkar olunaraq götürülüb.

Bütün faktlar üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti