...

Novxanıda yük avtomobili ilə toqquşan “VAZ”ın sürücüsü ölüb

Hadisə Materials 12 Noyabr 2014 13:51 (UTC +04:00)
Abşeron rayonunun Novxanı qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Novxanıda yük avtomobili ilə toqquşan “VAZ”ın sürücüsü ölüb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Abşeron rayonunun Novxanı qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 11-də saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Bakı şəhər sakini Elnur Novruzlunun idarə etdiyi "Shacman" və Sumqayıt şəhər sakini Vüqar Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş V.Rəhimov ölüb.

Faktla bağlı Abşeron Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti