...

Şəmkirdə mağazada qətl törədilib

Hadisə Materials 24 Noyabr 2014 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlkin İzzət/

Münaqişə zəminində Şəmkir şəhər sakinini qətlə yetirənlərin şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 24-də Şəmkir şəhərində şəhər sakini Firuz Zamanova məxsus mağazaya gəlmiş 2 nəfər münaqişə zəminində onu bıçaqla qətlə yetirərək hadisə yerini tərk ediblər.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şiştəpə kənd sakinləri Laçın Məmmədov və Anar Qurbanov tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı Şəmkir RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti