...

Qanunsuz ov edənlər saxlanılıblar

Hadisə Materials 25 Noyabr 2014 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlkin İzzət/

Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Rüstəm Məmmədov qanunsuz ov etdiyi üçün saxlanılıb. Trend-in DİN-nin saytına istinadən verdiyi məlumata görə, ondan 1 ədəd ov tüfəngi götürülmüş və araşdırmalar aparılması üçün Xızı RPŞ-yə təhvil verilib.

Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Şabran rayonunun Güləmli kəndində rayon sakinləri Abbas Quliyev və Nöhəddin Əzizov qanunsuz ov etdikləri üçün saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi götürülmüş və araşdırmalar aparılması üçün Şabran RPŞ-yə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti