Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İlkin İzzət/
Lənkəranda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildiriblər ki, ilkin məlumatlara əsasən noyabrın 29-da yerli vaxtla saat 04:39:24-də Lənkərandan 2 km qərbdə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri 37 km dərinliyində, maqnitudası isə 3 olub. Zəlzələ hiss olunmayıb.