...

Biləsuvarda ovçuların özləri “ov”landı

Hadisə Materials 8 Dekabr 2014 10:35 (UTC +04:00)
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Mahmudçala ovçuluq təsərrüfatında qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb.
Biləsuvarda ovçuların özləri “ov”landı

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İlkin İzzət/

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Mahmudçala ovçuluq təsərrüfatında qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb.

Trend CTV-yə istinadən xəbər verir ki, saxlanılan zaman ovçuların üzərində ov etmək üçün silah-sursatla yanaşı, 28 baş ovlanmış çöl quşu da aşkarlanıb.

Məlum olub ki, rayonun Xırmandallı kənd sakinləri İlham Mahmudov, Əli və Bakir Kazımov qardaşları müxtəlif vaxtlarda gizli yollarla sözügedən əraziyə gələrək orada ov edirmişlər.

Sonuncu dəfə isə ovçular elə iş başındaca yaxalanıblar. Biləsuvar RPŞ-nin baş inspektoru Elsevər Səfərovun verdiyi məlumata görə, reyd zamanı o da məlum olub ki, ov qaydalarını pozan şəxslərin üzərindəki tüfənglərin müvafiq sənədləri yoxdur.

Qanunu pozmuş şəxslər barəsində müvafiq araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti