Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Ələt sakini dəm qazından zəhərlənərək ölüb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 10-da Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Xatirə Məmmədova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
X.Məmmədova orada ölüb.