...

Avtomobil alanda diqqətli olun!

Hadisə Materials 6 Yanvar 2015 16:24 (UTC +04:00)
Astara rayon sakininin həyətində üzərində başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları olan qaçırılmış avtomobil aşkar edilib.
Avtomobil alanda diqqətli olun!

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

Astara rayon sakininin həyətində üzərində başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları olan qaçırılmış avtomobil aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ, Biləsuvar RPŞ, Masallı RPŞ və Astara RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Astara rayon sakini Qəni Mirzəyevin həyətində "VAZ-2107" markalı avtomobil aşkar edilib.

Araşdırmalar zamanı həmin avtomobilin Lənkəran şəhər sakini Ramal Həsənova məxsus, ötən il dekabrın 3-də qaçırılmış "VAZ-2107" markalı avtomobil olması, üzərindəki dövlət qeydiyyat nişanlarının isə Astara rayon sakini Elşən Nəzərova məxsus "VAZ-21013" markalı avtomobilin dövlət qeydiyyat nişanları olması müəyyən edilib.

Q.Mirzəyev və avtomobili ona satmış Masallı rayon sakini Nahid Qasımov tutulublar. N.Qasımov izahatında avtomobili Yardımlı rayon sakini Samiq Adışovdan aldığını bildirib.

Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti