...

Türkiyədə kömür mədənində uçqun: 1 ölü

Hadisə Materials 9 Yanvar 2015 19:21 (UTC +04:00)
Türkiyənin Zonquldak vilayətindəki kömür mədənində uçqun baş verib.
Türkiyədə kömür mədənində uçqun: 1 ölü

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Türkiyənin Zonquldak vilayətindəki kömür mədənində uçqun baş verib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 1992-ci ildə bu vilayətdə Türkiyə tarixində ən iri mədən qəzası baş vermişdi. Qəza zamanı 263 nəfər ölmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti