...

Bakıda narkotiklə tutulan şəxs Rusiyada adam öldürməyə görə axtarılırmış

Hadisə Materials 21 Yanvar 2015 13:28 (UTC +04:00)
Axtarışda olan Rusiya Federasiyasının vətəndaşından narkotik vasitə aşkar edilərək götürülüb.
Bakıda narkotiklə tutulan şəxs Rusiyada adam öldürməyə görə axtarılırmış

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Axtarışda olan Rusiya Federasiyası vətəndaşından narkotik vasitə aşkar edilərək götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı İftixar Əzizovdan 1,260 qram heroin götürülüb.

Araşdırmalar zamanı onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti