...

“Kamaz”ı yavaş-yavaş söküb oğurlayırmış

Hadisə Materials 3 Fevral 2015 10:42 (UTC +04:00)
Bakıda 11 gün ərzində yük avtomobilini ehtiyat hissələrə bölərək oğurlayan şəxs tutulub.
“Kamaz”ı yavaş-yavaş söküb oğurlayırmış

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda 11 gün ərzində yük avtomobilini ehtiyat hissələrə bölərək oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 20-31 yanvar tarixlərində Ə.Qayıbov küçəsi 2090-cı məhəllədə Bakı şəhər sakini Elşən Musayevə məxsus "Kamaz" markalı avtomobilin hissələrini oğurlamaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Elşən Poladov müəyyən olunaraq tutulub.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti