...

Paytaxtda saxta pulla alış-veriş edən şəxs saxlanılıb

Hadisə Materials 3 Fevral 2015 13:08 (UTC +04:00)
Alış-veriş edən paytaxt sakinindən saxta əsginaslar götürülüb.
Paytaxtda saxta pulla alış-veriş edən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlkin İzzət/

Alış-veriş edən paytaxt sakinindən saxta əsginaslar götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 2-də Bakı şəhər sakini Hüseyn Onullahiyə məxsus mağazada, paytaxt sakini Əli Cəfərovun alış-veriş etdikdən sonra verdiyi 20 manatlıq əsginasın saxta olması müəyyən edilib.

Səbail RPİ 8-ci PB və Çevik Polis Alayı əməkdaşları tərəfindən Ə.Cəfərovun üzərinə baxış zamanı 3 ədəd saxta 20 manatlıq əsginas da aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti