Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/
Paytaxtda 23 yaşlı gənc avtomobil vurması nəticəsində ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 8-də saat 19:30 radələrində Ziya Bünyadov prospektində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Vüqar Vəliyev idarə etdiyi "Toyota" markalı avtomobillə Cəbrayıl rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Hüsüyevi vurub.
C.Hüsüyev aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsində araşdırma aparılır.