...

Evdə cəbbəxana aşkar edildi

Hadisə Materials 27 Fevral 2015 12:23 (UTC +04:00)
Bakının Xocəsən qəsəbəsində evdən odlu silah və sursat aşkar edilərək götürülüb.
Evdə cəbbəxana aşkar edildi

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Bakının Xocəsən qəsəbəsində evdən odlu silah və sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Qara Əliyevin yaşadığı Xocəsən qəsəbəsindəki evindən nömrəsi silinmiş "Marqolin" markalı tapança, 3 ədəd patron, 1 ədəd patron sandığı və 1 ədəd qumbara aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti