Azərbaycan, Bakı, 6 mart /Trend/
Cəlilabadda 9 yaşlı uşaq kanalda batıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində kanalda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 110 km aralıda nəzarətsiz ərazidə) 2006-ci il təvəllüdlü Xəqani Kamil oğlu Həsənov batıb.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. X.Həsənovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.