Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/
Ağsu şəhəri ərazisindən odlu silah və vasitələri tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağsu rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindən nömrəsi silinmiş "AKS" markalı silah, "Mauzer" markalı tapança, 32 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı tapılıb.
Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.