...

Bərdə polisi cəbbəxana tapıb

Hadisə Materials 18 Mart 2015 13:22 (UTC +04:00)
Bərdə rayonu ərazisindən silah-sursat tapılıb.
Bərdə polisi cəbbəxana tapıb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/

Bərdə rayonu ərazisindən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Qasımbəyli kəndinin ərazisindən 2 ədəd qumbara, 420 ədəd müxtəlif çaplı patron, 1 ədəd "AKM" markalı və 1 ədəd nömrəsi silinmiş "AKS" markalı silahlar tapılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti