...

Lənkəranda çay plantasiyasından artilleriya mərmisi çıxdı (VİDEO)

Hadisə Materials 7 Aprel 2015 13:19 (UTC +04:00)
Lənkəran rayonun İstisu qəsəbəsində fermer Araz Yaqubova məxsus çay plantasiyasında becərmə işləri aparılarkən 1 ədəd artilleriya mərmisi aşkarlanıb.
Lənkəranda çay plantasiyasından artilleriya mərmisi çıxdı (VİDEO)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İlkin İzzət/

Lənkəran rayonun İstisu qəsəbəsində fermer Araz Yaqubova məxsus çay plantasiyasında becərmə işləri aparılarkən 1 ədəd artilleriya mərmisi aşkarlanıb.

Trend Region Tv-yə istinadən xəbər verir ki, hərbi sursat barədə dərhal bütün aidiyyatı qurumlar məlumatlandırılıb. Əraziyə FHN-nin xüsusi xilasetmə qrupu, hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və mümkün təhlükəsizlik tədbirləri görülüb.

Diametri 70 sm olan artilleriya mərmisi əraziyə cəlb olunan daxili qoşunların xüsusi qrupu tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməklə götürülüb. İşlək vəziyyətdə olan hərbi sursat təhlükəsiz yerdə xüsusi şəraitdə zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti