...

Masazırda fərdi yaşayış evində partlayış olub

Hadisə Materials 10 Aprel 2015 09:32 (UTC +04:00)
Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
Masazırda fərdi yaşayış evində partlayış olub

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 20:32-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti