Suraxanıda 6 ədəd "İSUZU" yanıb

Hadisə Xəbər 11 Aprel 2015 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Suraxanıda 6 ədəd "İSUZU" yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda qarajın ərazisində istifadəyə yararsız 6 ədəd "İSUZU" markalı avtobus yanıb.

Digər avtobuslar yanğından mühafizə olunmuşdur.

Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti