...

Təyyarə eniş etdi, 8 nəfər yaralandı

Hadisə Materials 8 İyul 2015 16:19 (UTC +04:00)
Çində təyyarənin yük bölməsində yanğın siqnalı ilə əlaqədar təcili eniş zamanı 8 sərnişin xəsarət alıb.
Təyyarə eniş etdi, 8 nəfər yaralandı

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Çində təyyarənin yük bölməsində yanğın siqnalı ilə əlaqədar təcili eniş zamanı 8 sərnişin xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Sinxua" agentliyi xəbər verir.

Bu gün "Hainan Airlines" şirkətinə məxsus Hefey-Quançjou aviareysini həyata keçirən təyyarə havaya qalxdıqdan sonra yük bölməsində baş vermiş yanğın siqnalı ilə əlaqədar aeroporta qayıtmalı olub.

Məlumatda deyilir ki, göyərtədə olan 160 sərnişin və ekipaj üzvü təxliyə edilib. Xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğın sisteminin işə düşmə səbəbini müəyyənləşdirə bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti