Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/
Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə, "Türkan" sularda xilasetmə postunun ərazisində batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə postunun xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub. Əməliyyat saat 17:20-də başa çatıb.
Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş digər məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə, "Qaradağ-1" sularda xilasetmə postunun ərazisində batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə postunun xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub. Əməliyyat saat 18:40-da başa çatıb.