Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elmir Murad/
Sabunçu rayon Polis İdarəsi 12-ci Polis bölməsi əməkdaşları tərəfindən "Təmiz şəhər" ASC-nin Balaxanı məişət tullantıları poliqonunda silah-sursat tapılıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, poliqondan 3 ədəd mərmi, pnevmatik tapança, 280 ədəd patron, qumbara korpusu və patron darağı tapılaraq müsadirə olunub.
Faktla bağlı araşdırma aparılr.