...

Bakıda gecə vaxtı avtomobillə vurulan piyada ölüb

Hadisə Materials 8 Sentyabr 2015 12:20 (UTC +04:00)
Gecə vaxtı Bakının mərkəzi prospektlərindən birində avtomobillə vurulan piyada ölüb.
Bakıda gecə vaxtı avtomobillə vurulan piyada ölüb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/

Gecə vaxtı Bakının mərkəzi prospektlərindən birində avtomobillə vurulan piyada ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, sentyabrın 8-də saat 00:10 radələrində H.Əliyev prospektində Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Emin Əsgərov idarə etdiyi "Mercedes" markalı avtomobillə Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Əzimovu vurub.

M.Əzimov hadisə yerində ölüb.

Faktla bağlı cinyaət işi başlanılıb, Sabunçu RPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti