...

Binəqədidə yaşayış binasında yanğın olub

Hadisə Materials 18 Sentyabr 2015 08:05 (UTC +04:00)
Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.
Binəqədidə yaşayış binasında yanğın olub

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı binada yaşayan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti