...

Ələtdə mikroavtobusla yük maşını toqquşub, ölən və yaralanan var

Hadisə Materials 18 Sentyabr 2015 13:07 (UTC +04:00)
Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi ölən və yaralanan var.
Ələtdə mikroavtobusla yük maşını toqquşub, ölən və yaralanan var

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi ölən və yaralanan var.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Qazax rayon sakini Bilal Mustafayevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Hacıqabul rayon sakini Cavid Zərbalının idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.

Nəticədə B.Mustafayevin sərnişinlərindən Bakı şəhər sakini Cahangir Cahangirov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti