Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Raufiz Hafızoğlu/
Bu gün Məkkədə - Mina dağında baş verən faciədə ölənlərin sayı arta bilər. Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, hazırda ölən zəvvarların kimliyi müəyyənləşdirilir.
Qeyd edək ki, bu gün Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub.
M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.