Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Azərbaycanlı zəvvarlardan biri bu gün Məkkədə öz əcəli ilə dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə bildiriblər ki, 1960-ci il təvəllüdlü Fəxrəddin Zeynallı bütün əməlləri həyata keçirilməsindən sonra dünyasını dəyişib.
Məlumata əsasən, O ürək tutmasından ölüb.
Hazırda təqribən 2600 zəvvarımız Səudiyyə Ərəbistanda həcdədir.