Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Məkkədə Həcc mərasimində ölənlərin sayı ümumilikdə 4 min nəfəri ötüb.
Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Hazırda ölənlərin ümumi sayı 4173 nəfər təşkil edir.
Xatırladaq ki, sentyabrın 25-də Məkkədə Həcc mərasimində basırıq yaranmışdı. Ölənlərin əksəriyyəti Afrika ölkələri vətəndaşlarıdır. Basırıq zamanı 239 iranlı zəvvar da ölmüşdü.
Həcc dövründə baş vermiş ən böyük insidentlər:
1990-cı il - Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.
1994-cü il - qarışıqlıqda 270 zəvvar ölüb.
1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb, təqribən 1500-ü yaralanıb.
1998-ci il - izdihamda 118 zəvvar ölüb.
2001-ci il - izdihamda 35 zəvvar ölüb.
2004-cü il - ayin zamanı izdihamda 251 zəvvar ölüb.
2006-cı il - ayin zamanı izdihamda 345 zəvvar ölüb.