...

Salyanda 10 yaşlı uşaq kanalda batıb

Hadisə Materials 18 Yanvar 2016 19:48
Salyanda 10 yaşlı oğlan uşağı kanalda batıb.
Salyanda 10 yaşlı uşaq kanalda batıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Salyanda 10 yaşlı oğlan uşağı kanalda batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Şirin Su kanalının Qaraçala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) 2006-cı il təvəllüdlü Dadaşlı Emil Əvəzağa oğlunun suda batması haqqında məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq E.Dadaşlının cəsədini batdığı yerdən 500 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:50-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti