Bakı. Trend.
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Həsən Əliyev 65-15 ünvanında kirayə qalan tələbələr - Günel Məmmədova və Elşanə Nəbiyeva dəm qazından zəhərləniblər. Tibbi yardım göstərilən tələbələrin vəziyyəti normal qiymətləndirilir.
Qeyd edək ki, zəhərlənməyə səbəb evdə qaz cihazının açıq qalmasıdır.