...

Şəmkirdə avtomobil körpüdən aşıb, xəsarət alan var

Hadisə Materials 11 Fevral 2016 02:34 (UTC +04:00)
Bakı-Qazax avtomagistralının Şəmkir rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Şəmkirdə avtomobil körpüdən aşıb, xəsarət alan var

Bakı. Trend:

Bakı-Qazax avtomagistralının Şəmkir rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Yuxarı Seyfəli kənd sakini 42 yaşlı Atabəy Qurbanəliyev idarə etdiyi avtomobillə hərəkətə olarkən Könüllü kəndinin yaxınlığından keçən körpüdən maşını çaya aşırıb.

Ağır bədən xəsarətləri alan zərəçəkən yoldan keçən insanların köməkliyi ilə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənini vəziyyəti ağır qiymətləndirilir. Hadisənini hanıs şəraitdə baş verməsini polis araşdırı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti