...

Goranboyda maşın partlayıb, sürücü yaralanıb

Hadisə Materials 4 Mart 2016 17:53 (UTC +04:00)
Avtomobili partlayan Goranboy sakini ağır yaralanıb.
Goranboyda maşın partlayıb, sürücü yaralanıb

Bakı. Trend:

Goranboy rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Xınalı kənd sakini, 46 yaşlı Rauf Hüseynov məhəllədə şəxsi avtomobilində təmir apararkən avtomobil qəfildən partlayıb. Nəticədə Rauf Hüseynov bədəninin müxtəlif qəlpə yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Xəstəyə ilkin yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti orta-ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti