...

Bakıda binada yanğın: 17 nəfər təxliyə olunub

Hadisə Materials 21 Aprel 2016 20:56 (UTC +04:00)
Bakıda çoxmərtəbəli binada yanğın olub.
Bakıda binada yanğın: 17 nəfər təxliyə olunub

Bakı. Trend:

Bakıda çoxmərtəbəli binada yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və binadan 17 nəfər təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın saat 19:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti