...

Rusiya FHN: Yanan PALFLOT 2 gəmisinin ekipaj üzvləri təxliyyə olunub, 1 nəfər həlak olub (ƏLAVƏ OLUNUB 1)

Hadisə Materials 23 Aprel 2016 12:05 (UTC +04:00)
Rusiyaya məxsus yanan PALFLOT 2 gəmisində bir nəfərin həlak olduğu bildirilir.
Rusiya FHN: Yanan PALFLOT 2 gəmisinin ekipaj üzvləri təxliyyə olunub, 1 nəfər həlak olub (ƏLAVƏ OLUNUB 1)

Bakı. Azad Həsənli - Trend:

İlkin məlumata görə, Rusiyaya məxsus yanan PALFLOT 2 gəmisinin ekipaj üzvlərindən 1 nəfər həlak olub. Bu barədə Trend-ə RF Həştərxan üzrə FHN-in baş idarəsindən bildiriblər.

Baş idarədən qeyd ediblər ki, ekipaj üzvləri 10 Rusiya və 1 Qazaxıstan vətəndaşından ibarət olub: "Lakin həlak olan ekipaj üzvünün dəqiq hansı ölkə vətəndaşı olması barədə hələ məlumat yoxdur. 10 nəfər isə salamat təxliyyə olunub".

x x x

Rusiyaya məxsus yanan PALFLOT 2 gəmisində bir nəfərin həlak olduğu bildirilir. Bu barədə Trend RİA Novosti-yə istinadən məluamt verir. Həlak olanın Qazaxıstan vətəndaşı olduğu bildirilir.

Gəmidəki ekipaj üzvlərinin sayı barədə dəqiq məluamt yoxdur. Ekipaj üzvlərinin sayının 11, RF FNH məlumatına görə, 18 olduğu bildirilir.

x x x

Rusiyaya məxsus yanan PALFLOT 2 gəmisindən ekipaj üzvlərinin təxliyyəsinə başlanılıb. Bunu Trend-ə Rusiya Federasiyas FHN Cənub regional mərkəzindən deyiblər.

Mənbənin verdiyi məlumata görə, yanğın Azərbaycanın ərazi sularında Bakıdan təxminən 150 km məsafədə baş verib: "Bizdə olan son məlumata görə ekipaj hələ tam təxliyyə olunmayıb. Yanan gəmiyə ekipaj üzvlərinin təxliyyəsi üçün artıq ikinci tanker yaxınlaşıb".

RF FHN Cənub regional mərkəzindən yanğın barədə ilk xəbərin saat 09:30-da daxil olduğunu bildiriblər.

Qeyd edək ki, səhər saatlarında Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verməsi barədə Trend-ə Fövqəladə Hallah Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti